azturkxeber.az
http://azturkxeber.az

Ədliyyə Nazirliyində peşə bayramı münasibətilə tədbir keçirilib

22-11-2026

22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Ədliyyə Nazirliyində təntənəli tədbir təşkil olunub.

Azturkxeber.az- ın məlumatına görə, tədbirdə nazirliyin rəhbərliyi, struktur qurumların nümayəndələri və ədliyyə orqanlarının əməkdaşları iştirak ediblər.

Əvvəlcə nazirliyin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra Şəhidlər xiyabanını ziyarət edən tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edərək məzarları önünə gül dəstələri qoyublar.

Ədliyyə Nazirliyinin inzibati binasında davam edən mərasimdə Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub. Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə tədbir açıq elan olunub.

Ədliyyə naziri Fərid Əhmədov çıxış edərək əməkdaşları peşə bayramı münasibətilə təbrik edib, onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.

Nazir çıxışında ədliyyə sisteminin inkişafı, hüquq sahəsində həyata keçirilən institusional və rəqəmsal yeniliklər, eləcə də dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən bəhs edib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar ədliyyə orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun təkmilləşdirilməsinə, göstərilən xidmətlərin əlçatanlığının və səmərəliliyinin artırılmasına geniş imkanlar yaradıb.

Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənən, vəzifə öhdəliklərini layiqincə yerinə yetirən bir qrup əməkdaş ədliyyə nazirinin müvafiq əmri ilə “Ədliyyə sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı, döş nişanları, fəxri fərman və təşəkkürnamələrlə təltif olunub.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, hər il noyabrın 22-si Azərbaycanda Ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur.


Azturkxeber.az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30