Qazaxda “İdman Paytaxtı” festivalına möhtəşəm final






“İdman Paytaxtı” layihəsi çərçivəsində Qazax şəhərində təşkil olunan İdman Festivalına yekun vurulub.
Azturkxeber.az xəbər verir ki, festival çərçivəsində 2026-cı ilin “İdman səfirləri” Vəfa Musayeva, Aynur Yusufova və Elçin Əsədov tonqal ətrafında iştirakçılarla görüşüblər. Səmimi şəraitdə keçən görüş zamanı səfirlər idmançılarla söhbət edib, onların suallarını cavablandırıblar.
Tanınmış bloqer Ruslan Aslanov da festival iştirakçıları ilə bir araya gələrək gənclərlə görüşüb, onların suallarını cavablandırıb.
Heydər Əliyev parkında festivalın proqramı çərçivəsində müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar davam etdirilib. İdmançılar təmsil etdikləri növlərə xas hərəkət və texnikaları nümayiş etdirərək öz bacarıqlarını sərgiləyiblər.
Tədbir çərçivəsində Mərdan Kazımov və “44 Band”ın iştirakı ilə konsert proqramı da təqdim olunub.
Qazaxda keçirilən İdman Festivalı möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Azturkxeber.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: