azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın iki boksçusu Avropa çempionatında finala vəsiqə qazanıb, ikisi bürünc medala yiyələnib

23-11-2026

Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri keçirilib.

Azturkxeber.az xəbər verir ki, Azərbaycan millisinin iki idmançısı görüşünü qələbə ilə başa vuraraq finala vəsiqə qazanıb.

Bilalhəbaşi Nəzərov (50 kq) David Zaxari (İsrail) ilə üz-üzə gəlib. Hər 3 raundu aktivinə yazan boksçumuz yekunda 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Nəzərov finalda Tevfik Akkasla (Türkiyə) gücünü yoxlayacaq.

Nicat Alırzayev (70 kq) Cemal Cemmalı (Fransa) məğlub edib – 4:1 (29:28, 30:27, 30:27, 28:29, 29:28). O, qızıl medal döyüşündə Zviad Tçotçua (Gürcüstan) ilə münasibətinə aydınlıq gətirəcək.

Digər boksçularımızdan Zidan Hünbətovla (55 kq) Məhəmmədəli Aşırəliyev (60 kq) Avropa çempionatını bürünc medalla başa vurublar.

Qeyd edək ki, final döyüşləri noyabrın 24-də olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30