Astarada 10 kiloqramdan artıq narkotik aşkarlanıb

Astarada polis sərhədçilərlə birlikdə narkotiklərin qanunsuz dövriyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib.
Bu barədə Azturkxeber.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı A.Əhədov, E.Taleh və əvvəllər məhkum olunmuş E. Babazadə saxlanılıblar. Həmin şəxslərdən 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: