Səbail və Yasamal rayonlarının bəzi ərazilərində suyun verilişində fasilə yaranacaq

Magistral su xəttinin yenisi ilə əvəz edilmiş hissəsində birləşmə işlərinin aparılması ilə əlaqədar 25.11.2026-cı il tarixində gün ərzində Səbail və Yasamal rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Bu barədə Azturkxeber.az-a İri Şəhərlərin Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, suyun əvvəlki rejimlə verilməsi 26.11.2026-cı il səhər saatlarında bərpa olunacaq.
İri Şəhərlərin Su Təchizatı Xidməti yaranacaq müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: