azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanla Özbəkistan arasında "Məharət - IV" kompüter dəstəkli birgə komanda-qərargah təlimi keçirilir

23-11-2026


"Azərbaycan ilə Özbəkistan respublikaları Müdafiə nazirlikləri arasında imzalanan 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı”na əsasən, iki ölkə arasında "Məharət - IV" kompüter dəstəkli birgə komanda-qərargah təlimi keçirilir.

Bu barədə Azturkxeber.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlimə hər iki ölkədən ümumilikdə 100-dən çox hərbi qulluqçu cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında hərbi təhsil və döyüş hazırlığı sahəsində əməkdaşlığı gücləndirmək, komandirlərin hərbi qərarvermə bacarıqlarını təkmilləşdirmək, qərargah fəaliyyətləri və əməliyyatların planlaşdırılması prosesi üzrə təcrübə mübadiləsi aparmaqdan ibarətdir.

Qeyd edək ki, "Məharət - IV" kompüter dəstəkli birgə komanda-qərargah təlimi noyabrın 28-dək davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30