azturkxeber.az
http://azturkxeber.az

25 İl Olimpiya ruhu ilə

23-11-2026

Azərbaycan Milli Olimpiya Komitəsinin rəsmi mətbuat orqanı olan “Olimpiya dünyası” qəzetinin 25 yaşı tamam olur!

Azturkxeber.az xəbər verir ki, 2001-ci il noyabrın 27-dən fasiləsiz olaraq nəşr edilən “Olimpiya dünyası” 25 ildir ki, Azərbaycan idmanının uğurlarını, atletlərimizin tarixi qələbələrini və Olimpiya Hərəkatının inkişafını geniş ictimaiyyətə çatdıraraq idman jurnalistikasında özünəməxsus yer qazanıb.

Əvvəllər həftədə iki dəfə 6000 tirajla çap olunan qəzet hazırda həftədə bir dəfə 4100 tirajla nəşr edilir. 2016-cı ilin oktyabrından etibarən gündəlik onlayn formatda da fəaliyyət göstərir.

Fəaliyyəti dövründə mötəbər beynəlxalq idman yarışlarını işıqlandıran, müxtəlif layihələrə imza atan və 40-dan çox idman jurnalistinin yetişməsinə töhfə verən “Olimpiya dünyası” bir sıra nüfuzlu mükafatlara layiq görülüb.

Qəzet Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının “Ədalətli idman təbliğatçısı” nominasiyasının qalibi olub, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən dəfələrlə “İlin ən yaxşı idman nəşri” seçilib.

Beynəlxalq səviyyədə də uğur qazanan “Olimpiya dünyası” İspaniyada “Nüfuz və keyfiyyətə görə – Aktualidad-XXI” beynəlxalq mükafatına layiq görülüb, həmçinin Beynəlxalq Gimnastika Federasiyası və digər idman qurumlarının xüsusi diplomları ilə təltif edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30