azturkxeber.az
http://azturkxeber.az

Goranboyda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

23-11-2026

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev noyabrın 23-də Goranboy rayonunda vətəndaşları qəbul edib.

Azturkxeber.az xəbər verir ki, qəbulda Goranboy, Naftalan və Xocalı rayonlarında məskunlaşmış keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib. Müraciətlər əsasən Böyük Qayıdış prosesi, dövlət mənzil fonduna aid xüsusi təyinatlı yaşayış sahələri ilə təminat, müvəqqəti məskunlaşma yerlərindəki yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər məsələlərlə bağlı olub.

Qəbul zamanı vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyeva da bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərir. Həmçinin işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın mərhələli şəkildə davam etdirildiyi və bu prosesdə müvəqqəti məskunlaşma yerlərində daha ağır şəraitdə yaşayan ailələrin köçürülməsinə üstünlük verildiyi qeyd olunub.

Vətəndaşların müraciətləri fərdi qaydada araşdırılıb, qaldırılan bir sıra məsələlərlə bağlı müvafiq tədbirlər görülüb. Digər müraciətlər üzrə qanunvericiliyin tələblərinə uyğun izahatlar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30