azturkxeber.az
http://azturkxeber.az

10 ayda ADY qatarlarına 26 dəfə daş atılıb

23-11-2026

Qatarlara daş atılması insanların həyatını təhlükəyə atır!

Bu barədə Azturkxeber.az-a ADY-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı polis tərəfindən məsuliyyət tədbirləri görülür.

2026-cı ilin ilk 10 ayında ADY-nin qatarlarına 26 daşatma hadisəsi qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 40%-ə yaxın azalma olsa da, hədəfimiz tamamilə təhlükəsiz nəqliyyat sistemidir.

Qatarlara daş atılması:

* qatarların şüşələrinə və digər hissələrinə ziyan vurur;

* sərnişinlərin, maşinistlərin və qatar bələdçilərinin təhlükəsizliyini riskə atır;

* qatarların hərəkətində gecikmələrə səbəb olur, sərnişin və yük daşımalarının fasiləsizliyinə mənfi təsir göstərir.

Aşkarlanmış faktlarla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat verilib və hər bir fakt üzrə müvafiq araşdırma aparılmaqla hüquqi məsuliyyət tədbirləri görülüb.

Qatarlara daş atılması sadəcə düşünülməmiş hərəkət deyil, hüquqi məsuliyyət yaradır. Bu cür hərəkətlərə yol verən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb oluna və vurduqları maddi ziyanı ödəməli ola bilərlər.

Dəmir yolu ərazisində təhlükəsizliyə təhdid yaradan hallarla qarşılaşdıqda DİN-in “102” Zəng Mərkəzi və ADY-nin “1822” Əlaqə Mərkəzinə məlumat verməyiniz xahiş olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30