Gürcüstan və Azərbaycan Polis Akademiyaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Gürcüstan Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik və Polis Akademiyası ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Azturkxeber.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Məlumata görə, memorandum akademiyalar arasında əməkdaşlığın dərinləşdirilməsini, birgə təhsil və peşə təşəbbüslərinin həyata keçirilməsini, təcrübə və onun mübadiləsini, eləcə də təhsil və peşə hazırlığı sahəsində tərəfdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: