azturkxeber.az
http://azturkxeber.az

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib (VİDEO) - (FOTO)

24-11-2026

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Regional "ASAN Xidmət" mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda nəzəri-praktiki təlim keçirilib.

Azturkxeber.az xəbər verir ki, təlimdə FHN-in Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, müəssisənin kollektivi və könüllülər iştirak ediblər.

Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, dəm qazı təhlükəsinin qarşısının alınması yolları barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

İnteraktiv formada keçirilən tədbir zamanı suallar ətraflı cavablandırılıb.

Daha sonra davam etdirilən praktiki hissə çərçivəsində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan şərti fövqəladə hadisə barədə məlumat əsasında obyektin qüvvələri ilə birgə qarşılıqlı fəaliyyətdə işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, onlara təxirəsalınmaz ilkin yardımın göstərilməsi, “hadisə” yerində çevik kəşfiyyatın aparılması və “nəticələrinin aradan qaldırılması” əməliyyatları yerinə yetirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30