azturkxeber.az
http://azturkxeber.az

FHN-in Cənub Regional Mərkəzi nəzəri-praktik tədbir keçirib

25-07-2025

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi tərəfindən “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda Astara Rayon Mərkəzi Xəstəxanasında nəzəri-praktik tədbir keçirilib.

Tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı hərbi hissələrinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Astara Yanğından Mühafizə Hissəsinin əməkdaşları, eləcə də, Astara Rayon Mərkəzi Xəstəxanasının və Astara Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının kollektivi iştirak edib.

Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, dəm qazı təhlükəsinin qarşısının alınması yolları, su hövzələrində təhlükəsizlik qaydaları, eyni zamanda, “112” qaynar xətti barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Tədbir zamanı keçirilən sərgidə tədbir iştirakçılarına xüsusi xilasetmə avtomobillərində olan xilasetmə avadanlıqları və yanğınsöndürmə vasitələrindən istifadə qaydaları haqqında ətraflı məlumat verilib.

Sonra davam etdirilən praktiki hissə çərçivəsində FHN-in “112” qaynar telefon xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında şəxsi heyətin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi”, şərti zərərçəkmişləri inzibati binadan təxliyə edərək onlara təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi əməliyyatları yerinə yetirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031