azturkxeber.az
http://azturkxeber.az

Səlahiyyətli nümayəndə Culfa rayonunda vətəndaşları qəbul edib

28-11-2026

Noyabrın 28-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Culfa rayonunun Bənəniyar kəndində vətəndaşları qəbul edib.

Azturkxeber.az xəbər verir ki, qəbul zamanı vətəndaşların, şəhid ailələrinin, o cümlədən müharibə iştirakçılarının müraciətləri dinlənilib. Müraciətlər, əsasən, yol infrastrukturu, sosial təminat, məşğulluq, əlilliyin təyinatı, eləcə də digər sosial məsələləri əhatə edib.

Ceyhun Cəlilov hər bir müraciətə həssaslıqla yanaşıldığını vurğulayaraq qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını və onların həlli istiqamətində zəruri tədbirlərin görüləcəyini bildirib. Vətəndaşların bəzi müraciətləri üzrə bir sıra məsələlər yerindəcə həllini tapıb.

Qəbul zamanı qeyd olunub ki, vətəndaş müraciətlərinin dinlənilməsi, onların sosial problemlərinin operativ həlli, eləcə də şəhid ailələri və müharibə iştirakçılarına xüsusi diqqət göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Bu istiqamətdə vətəndaş qəbullarının mütəmadi olaraq davam etdirildiyi diqqətə çatdırılıb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30