Ağdərə və Xocalı rayonlarına köçürülən sakinlər doğma yurdlarına çatıblar



Noyabrın 27-də doğma yurdlarına yola salınan köç karvanları Ağdərə və Xocalı rayonlarının kəndlərinə çatıb.
Azturkxeber.az xəbər verir ki, bu mərhələdə Ağdərənin Vəngli, Çıldıran, Kolatağ, Heyvalı kəndlərinə 98 nəfərdən ibarət 28 ailəyə, Xocalının Badara, Xanyurdu, Xanabad kəndlərinə köçən 72 nəfərdən ibarət 21 ailəyə mənzillərinin açarları təqdim edilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: