azturkxeber.az
http://azturkxeber.az

Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində TRİPP layihəsi – Azərbaycanın tarixi Zəfərinin və diplomatik qələbəsinin iqtisadi müstəvidə davamı

26-11-2026

Prezident cənab İlham Əliyevin qətiyyətli, uzaqgörən, eləcə də müdrik siyasəti və diplomatiyası sayəsində hərbi və siyasi yolla ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunmaqla yanaşı Cənubi Qafqaz regionunda sülhün, əmin-amanlığın bərpa olunmasının təməli qoyuldu. Bölgədə dayanıqlı sülhün yaranması, dövlətlər və xalqlar arasında səmimi münasibətlərin qurulması təşəbbüsü də ölkə başçımız tərəfindən irəli sürülmüşdür. Azərbaycan ilə Ermənistan arasında sülhün yaranması ümumilikdə Cənubi Qafqaz regionunun inkişafına, tərəqqisinə böyük imkanlar yaratmış olacaq. 2025-ci ilin avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri sülh sazişini parafladılar. Həmçinin iki dövlət arasında bütün nəqliyyat, kommunikasiya xətlərinin açılması, TRİPP layihəsinin həyata keçirilməsi barədə tarixi razılaşma əldə olundu. Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən ilk addımlar da atıldı. Azərbaycan ərazisindən keçməklə digər ölkələrdən Ermənistana yüklər daşındı, eləcə də Azərbaycandan Ermənistana benzin və dizel yanacağı göndərildi. Artıq Ermənistan dövlətində də TRİPP layihəsinin icrası istiqamətində praktiki addımlar atılmışdır.

ABŞ Prezidenti Donald Trampın layihənin icrasına başlanması münasibətilə videomüraciətində prezidentimizə xoş sözlər söyləməsi, Prezident cənab İlham Əliyevin də öz növbəsində ABŞ prezidentinə təşəkkür etməsi Azərbaycanla ABŞ arasında münasibətlərin yüksək səviyyədə olmasından və inkişafından xəbər verir. Bu eyni zamanda Azərbaycanın regionda sülhün və təhlükəsizliyin yaranmasında apardığı böyük rolun dünyanın ən qüdrətli dövləti tərəfindən yüksək qiymətləndirilməsinin və dəstəklənməsinin təzahürüdür.

TRİPP layihəsinin reallaşması Azərbaycanın milli və dövlət maraqlarına tam xidmət etməklə bərabər Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa və maneəsiz quru nəqliyyat əlaqəsinin bərpasına imkan yaradacaq. 30 ilə yaxın Ermənistanın işğalçılıq siyasəti nəticəsində iqtisadi çətinliklərlə üzləşən Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi cəhətdən inkişaf edəcək, investisiya imkanları genişlənəcək, eləcə də Azərbaycanın digər bölgələri ilə əlaqələri yaranacaq.

Layihənin reallaşması Azərbaycanın Avrasiya məkanında yerləşən dövlətlərlə əlaqələri daha da güclənəcək, nəqliyyat-loqistika mərkəzi kimi dövlətlər arasında körpü rolunu oynayacaq. Azərbaycanla Türkiyə arasında quru bağlantılar genişlənəcək, eyni zamanda Türk dünyasının inteqrasiyasına böyük töhfə verməklə yanaşı Avropa ilə Asiya arasında yükdaşımaların həcmi dəfələrlə artacaq. Bu eyni zamanda ölkəmizin iqtisadi inkişafına da böyük imkan yaradacaq.TRİPP yalnız Azərbaycanın deyil, Cənubi Qafqaz, eləcə də Avrasiya məkanında yerləşən dövlətlərin iqtisadi mənafeyinə xidmət edən bir layihədir.

TRİPP layihəsinin icrasına başlanması Azərbaycanın böyük tarixi Zəfərinin, diplomatik qələbəsinin davamı, iqtisadi nailiyyətlərinin möhkəmlənməsinin parlaq nəticəsidir.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30