azturkxeber.az
http://azturkxeber.az

20 nəfər Ruanda vətəndaşı HTP ilə Azərbaycanda ali təhsil alacaq

26-11-2026

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində 2026–2027-ci tədris ili üzrə 20 nəfər Ruanda vətəndaşı Azərbaycanda ali təhsil almaq hüququ qazanıb.

Azturkxeber.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Proqram iştirakçıları bakalavriat səviyyəsi üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Tibb Universitetində təhsil alacaqlar.

Təhsil proqramları texniki və texnoloji, eləcə də əsas (baza ali) tibb ixtisas qruplarını əhatə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30