Qadınlara qarşı zorakılığa qarşı mübarizə hər birimizin məsuliyyətidir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın qadınlara və qızlara qarşı zorakılığın bütün formalarına qarşı səsləndirdiyi bu çağırış son dərəcə vacib və aktualdır.
Təəssüf ki, bu gün də çoxsaylı qadınlarımız fiziki, psixoloji, iqtisadi və digər zorakılıq formalarına məruz qalır. Belə hallara biganə qalmaq olmaz. Zorakılığa məruz qalan qadınlara dəstək olmaq, onların hüquqlarını müdafiə etmək və təhlükəsizliyinin təmin olunmasına töhfə vermək hər bir Azərbaycan vətəndaşının mənəvi və vətəndaşlıq borcudur.
Səbinə xanımın bu mühüm müraciəti cəmiyyətimizə bir daha xatırladır ki, qadınlara qarşı zorakılığa susmaq deyil, mübarizə aparmaq lazımdır. Qadınların hüquqlarının, ləyaqətinin və təhlükəsizliyinin qorunduğu cəmiyyət qurmaq hamımızın ortaq məsuliyyətidir.
Zorakılığa qarşı susmayaq, qadınlarımızı qoruyaq və onların yanında olaq!
Azturkxeber.az İnformasiya Agentliyinin rəhbəri Sahilə Bayramlı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: