azturkxeber.az
http://azturkxeber.az

Bakı metropoliteninin Qırmızı xəttində (M1) iş saatı uzadılacaq

24-11-2026

UEFA Çempionlar Liqasında mübarizə aparan “Sabah” FK-nın “Barselona” (İspaniya) klubuna qarşı oyunu ilə əlaqədar noyabrın 25-də Bakı metropolitenində Qırmızı xəttində (M1) iş rejimi dəyişdiriləcək.

Bu barədə Azturkxeber.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, “Bakı Metropoliteni” QSC-yə “Sabah” Futbol Klubu tərəfindən edilən müraciət və “Koroğlu” stansiyasının yaxınlığında yerləşən Bakı Olimpiya Stadionunda baş tutacaq matça azarkeş marağı nəzərə alınaraq, Qırmızı xətdə (M1) iş vaxtı 1 saat uzadılacaq. Azarkeşlərin mənzilbaşına rahat çatması üçün noyabrın 25-dən 26-na keçən gecə xəttin bütün stansiyaları saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Həmçinin, stansiyalara əlavə işçi qüvvəsi cəlb olunmaqla nəzarət tədbirləri gücləndiriləcək. Qarşılaşmadan sonra qatarların hərəkət qrafiki “Koroğlu” stansiyasındakı tələbat və sərnişin axınına uyğun tənzimlənəcək.

Yaşıl (M2) və Bənövşəyi (M3) xətlərdə iş rejimi olduğu kimi saxlanılacaq. Ümumilikdə isə gün ərzində qatarların hərəkəti payız-qış cədvəlinə uyğun təşkil ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30