azturkxeber.az
http://azturkxeber.az

“ASAN AI HUB” “OECD.AI” PLATFORMASINDA

24-11-2026

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN Süni İntellekt" platforması (ASAN AI Hub) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “OECD.AI” platformasının “Siyasət naviqatoru” bölməsinə daxil edilib.

Azturkxeber.az xəbər verir ki, platformada dövlət qurumları, tədqiqatçılar və mütəxəssislər müxtəlif ölkələrin süni intellektin inkişafı və idarəolunmasıdakı yanaşmaları ilə tanış ola bilərlər. Süni intellekt sahəsində qlobal məlumat bazası hesab olunan bölmədə 80-dən çox ölkənin və təşkilatın müvafiq sahədə siyasətləri, strategiyaları və təşəbbüsləri əhatə olunur.

Bu platformada “ASAN AI Hub”ın yer alması Azərbaycanın süni intellekt sahəsindəki fəaliyyətinin beynəlxalq səviyyədə tanıdılmasına, təcrübə mübadiləsinə və əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verəcək.

Dövlət qurumlarını, startapları, tədqiqatçıları, akademik dairələri və beynəlxalq tərəfdaşları bir araya gətirən “ASAN AI Hub” süni intellekt sahəsində bilik və təcrübə mübadiləsini təşviq edir. Platforma birgə əməkdaşlıq, tədqiqat dəstəyi, təlim proqramları və praktiki təşəbbüslər vasitəsilə süni intellekt texnologiyalarının tətbiqini dəstəkləyir, innovativ ideyaların inkişafına və ölkənin bu sahədə potensialının gücləndirilməsinə töhfə verir.

Platformaya keçid: https://oecd.ai/en/dashboards/policy-initiatives/asan-ai-hub






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30