Qadınların intellektual potensialının cəmiyyətin inkişafındakı rolu müzakirə olunub




“Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfrans çərçivəsində “Təhsil, elm və maarifləndirmə: cəmiyyətin inkişafında qadın intellektinin gücü” mövzusunda panel müzakirəsi təşkil olunub.
Azturkxeber.az xəbər verir ki, panel sessiyasına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov moderatorluq edib.
Müzakirələr zamanı qadınların təhsil, elm və maarifləndirmə sahələrində rolu, onların intellektual potensialının cəmiyyətin inkişafına təsiri, gender bərabərliyinin təmin olunması və tolerantlıq dəyərlərinin təşviqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azturkxeber.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: