MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasında

Milli Məclisin deputatı, MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasında nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva və heyətin üzvü Pərvanə Vəliyeva qurumun 27-ci iclasında iştirak etmək üçün noyabrın 25-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.
Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, deputatlarımız tədbirdə MDB-yə üzv dövlətlərdə gənclərin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin prioritet istiqamətləri, gənclər üçün beynəlxalq təcrübə proqramları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərin müzakirələrində iştirak edəcəklər.
Səfər noyabrın 28-də başa çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: