azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstanlı dövlət qulluqçuları Ombudsman Aparatında olublar

24-11-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Qazaxıstanın bir qrup dövlət qulluqçusu üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) tərəfindən təşkil olunan təlim-təcrübə proqramının iştirakçıları ilə görüş keçirilib.

Azturkxeber.az xəbər verir ki, görüşdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı qonaqları İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyevanın adından salamlayaraq, onlara təcrübə proqramında müvəffəqiyyətlər arzu edib, Ombudsman təsisatı ilə DİA arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələrin uğurla davam etdirildiyini bildirib.

Sonra Müvəkkilin insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilib. İştirakçılar Ombudsmanın Milli Preventiv Mexanizm mandatı, əlilliyi olan şəxslərin və uşaqların hüquqlarının müdafiəsi istiqamətində görülən işlər, bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması istiqamətlərində həyata keçirdiyi müstəqil monitorinq mexanizminin funksiyaları barədə məlumatlandırılıblar.

Görüş zamanı, həmçinin geniş fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30