Qaradağ rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb




25 noyabr 2026-cı il tarixində, yerli vaxtla saat 14:06:30-da Qaradağ rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb.
Bu barədə Azturkxeber.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, püskürmə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 8 vulkanətrafı rəqəmsal seysmik stansiyaları tərəfindən qeydə alınıb.
Püskürmə bir faza ilə xarakterizə olunub. Vulkan püskürməsinin davamlılığı 15 dəqiqə davam edib. Püskürmə zamani ayrılan enerji 1.15*10^7 Couldur. Püskürmə 2km dərinlikdə qeydə alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: