Hacıqabul rayonunun ərazisində palçıq vulkanının püskürməsi qeydə alınıb



30 yanvar 2026-cı il tarixində yerli vaxtla saat 16:53-də Hacıqabul rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb.
Palçıq vulkanının püskürməsi AMEA nəzdində RSXM-nin vulkanətrafı seysmik stansiyaları tərəfindən qeydə alınıb. RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin məlumatına əsasən, palçıq vulkanının püskürməsi 13 dəqiqə davam edib, bir faza ilə xarakterizə olunub. Püskürmənin dərinliyi 3 kilometr, püskürmə nəticəsində ayrılan enerji 3.38×10^6 coul olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: