azturkxeber.az
http://azturkxeber.az

Dövlət Komitəsinin əməkdaşları üçün korrupsiyaya qarşı mübarizə mövzusunda təlim keçirilib

26-11-2026

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları üçün korrupsiyaya qarşı mübarizə və maarifləndirmə mövzusunda təlim keçirilib.

Azturkxeber.az xəbər verir ki, tədbirdə Komitənin Aparatının, strukturuna daxil olan və daxil olmayan tabeliyindəki qurumların əməkdaşları iştirak ediblər.

Təlimdə Komitənin Hüquq və kadrlar şöbəsi müdirinin müavini Mirhüseyn Hüseynov korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmalar, antikorrupsiya davranış modeli, korrupsiyaya qarşı mübarizənin hüquqi əsasları və bu sahədə maarifləndirmənin əhəmiyyəti barədə ətraflı məlumat verib.

Bildirilib ki, korrupsiyaya qarşı mübarizə dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın təmin olunmasının, dövlət qulluqçularının fəaliyyətində qanunçuluq və etik davranış prinsiplərinin möhkəmləndirilməsinin əsas istiqamətlərindəndir.

Qeyd edək ki, maarifləndirici tədbir Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası çərçivəsində təşkil olunub.

Təlim qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə yekunlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30