azturkxeber.az
http://azturkxeber.az

İşğaldan azad edilmiş ərazilərdə 47 əmək yarmarkası keçirilib

26-11-2026

Qarabağ və Şərqi Zəngəzurda əhalinin məşğulluğunun təminatında əmək yarmarkaları əhəmiyyətli rola malikdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Azturkxeber.az-a verilən məlumata görə, ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə 47 əmək yarmarkası keçirib.

O cümlədən Laçında 12, Cəbrayılda 9, Zəngilanda 8, Xankəndidə 5, Ağdamda 4, Şuşada 3, Füzuli, Xocavənd, Kəlbəcər və Ağdərədə isə 6 əmək yarmarkası təşkil olunub.

Bu aktiv məşğulluq tədbirləri vasitəsilə işsiz və işaxtaran şəxslər yaşadıqları ərazi üzrə mövcud olan bütün vakansiyalarla bir məkanda və eyni vaxtda tanış olmaq, vakansiyalar üzrə aidiyyəti işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq və CV-lərini təqdim etmək imkanı qazanıblar. İşəgötürənlərə isə qısa müddətdə müvafiq peşə və ixtisasa malik kadrların seçimi üçün şərait yaranıb.

Eyni zamanda, Laçında peşə yarmarkası da təşkil edilib. Tədbirdə işəgötürənlər tərəfindən 40-dan çox peşə istiqaməti təqdim olunub. Bu peşələr və onlarla bağlı tədrisin həyata keçirildiyi müəssisələr barədə məlumatlar verilib, ustad dərsləri keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30