Özbəkistan Ali Məclisinin nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib




Ölkəmizdə səfərdə olan Özbəkistan parlamentinin nümayəndə heyəti noyabrın 25-də Fəxri xiyabanı ziyarət edib.
Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və nümayəndə heyətinin üzvləri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə əklil qoyub və gül dəstələri düzüblər.
Qonaqları Milli Məclis sədrinin müavini Musa Qasımlı müşayiət edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: