azturkxeber.az
http://azturkxeber.az

Daxili işlər naziri Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26-11-2026

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 2-də Masallı rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

Azturkxeber.az xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin inzibati binasında keçiriləcək qəbulda Masallı, Lənkəran, Lerik, Astara, Yardımlı şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.

Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı dekabrın 1-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı dekabrın 2-də 08:00-da Masallı Olimpiya İdman Kompleksində keçiriləcək.

Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30