azturkxeber.az
http://azturkxeber.az

Yasamalda 2019-cu il təvəllüdlü uşaq xilasedicilər tərəfindən xilas edilib -VİDEO

26-11-2026

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Azturkxeber.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2019-cu il təvəllüdlü uşağı valideynlərinə təhvil veriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30