Xocavənd sakinləri doğma yurda qovuşur



Noyabrın 27-də doğma yurduna yola salınan köç karvanı Xocavənd şəhərinə və rayonun Quzeyxırman kəndinə çatıb.
Azturkxeber.az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 30 nəfərdən ibarət 7 ailəyə və rayonun Quzeyxırman kəndinə köçən 71 nəfərdən ibarət 17 ailəyə mənzillərinin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: