Ağdam şəhərinin və Xocavəndin Quzeyxırman kənd sakinləri doğma yurdlarına qovuşub



Oktyabrın 30-da doğma yurduna yola salınan köç karvanı Ağdam şəhəri və Xocavənd rayonunun Quzeyxırman kəndinə çatıb.
Azturkxeber.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə köçən 238 nəfərdən ibarət 70 ailəyə, Xocavəndin Quzeyxırman kəndinə köçən 34 nəfərdən ibarət 8 ailəyə mənzillərinin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: