azturkxeber.az
http://azturkxeber.az

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib

29-10-2026

Oktyabrın 28-də Heydər Əliyev Mərkəzində “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib və konsert proqramı təqdim edilib.

Azturkxeber.az xəbər verir ki, mərasimdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Anxel Moratinos, tədbirdə təmsil olunan ölkə və təşkilatların rəsmiləri, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bağlanış mərasimində “Newman Partnership” təşkilatının təsisçisi Martin Nyuman, UNAOC-un direktoru Nihal Saad, təşkilatın ali nümayəndəsi Migel Anxel Moratinos çıxış edərək Forumun əhəmiyyətini vurğulayıb, yüksək səviyyədə təşkilatçılığa görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkürlərini bildiriblər.

Sonra mərasim "Gələcəyin səsləri" (One Humanity) adlı bədii proqramla davam edib. Proqram dünyaşöhrətli violençel ifaçısı və dirijor, bakılı Mstislav Rostropoviçlə (1927-2007) məşhur ispan çello ifaçısı, bəstəkar və dirijor Pablo Kazalsın (1876-1973) süni intellekt əsaslı dialoqu üzərində qurulub. Bu "görüşdə" musiqi vasitəsilə azadlıq və sülh ideyaları diqqət mərkəzinə çəkilir.

Simfonik orkestrin ifasında İ.S.Bax, A.Vivaldi, Q.Qarayev, F.Əmirov, D.Şostakoviç, F.Mendelson, F.Əlizadə və P.Kazalsın əsərləri səsləndirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031