AZCON Holding və IE Business School-un birgə proqramı başa çatıb






AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan IE Business School-un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management" proqramı başa çatıb.
Azturkxeber.az xəbər verir ki, tədbirdə AZCON Holding-in icraçı direktoru Şahin Babayev və IE Universitetinin korporativ əlaqələr üzrə icraçı sədri Villiam Davila çıxış edərək insan kapitalının inkişafının təşkilatların dayanıqlı inkişafında əhəmiyyətini vurğulayıblar.
Tədbir çərçivəsində AZCON Holding əməkdaşlarının bakalavriat və magistratura proqramları üzrə güzəştlərdən yararlanmasını nəzərdə tutan memorandum imzalanıb. Eyni zamanda orta səviyyəli rəhbərlər üçün yeni liderlik proqramına start verilib.
Tədbirin sonunda "Global Senior Management" proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: