azturkxeber.az
http://azturkxeber.az

Qayıt İş 2” layihəsi çərçivəsində çağrı mərkəzi operatoru peşəsi üzrə hazırlıq kursuna başlanıb

28-10-2026


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Bir ekosistem”in birgə təşkilatçılığı ilə “Qayıt İş 2” layihəsi çərçivəsində çağrı mərkəzi operatoru peşəsi üzrə hazırlıq kursuna başlanıb.

Azturkxeber.az xəbər verir ki, Kurs işğaldan azad olunmuş ərazilərin sakinləri üçün nəzərdə tutulub.

Peşə hazırlığı kursunun başlanması münasibətilə keçirilən görüşdə qeyd edilib ki, dövlət və özəl sektor əməkdaşlığının uğurlu nümunəsi olan “Qayıt İş” layihəsi işğaldan azad edilmiş ərazilərin sakinləri üçün dayanıqlı məşğulluq imkanlarının yaradılmasına xidmət edir.

Məqsəd işğaldan azad olunmuş ərazilərə qayıtmış keçmiş məcburi köçkünlərə, xüsusilə gənc evdar qadınlara evdən ayrılmadan, məsafədən bank sektorunda işləmək və gəlir əldə etmək imkanı yaratmaqdır.

Çağrı mərkəzi operatoru peşəsi üzrə təlim kursu Dövlət Məşğulluq Agentliyinin Qarabağ Peşə Hazırlığı Mərkəzi tərəfindən “Birbank”ın baş ofisində təşkil olunacaq. Kurs müddətində iştirakçılar müvafiq peşə bilik və bacarıqlarına yiyələnəcəklər. Təlimi uğurla başa vuran namizədlərin daha sonra “Bir ekosistem”də işlə təmin olunmaları nəzərdə tutulur. Layihəyə ilkin mərhələdə 10 nəfər cəlb edilib.

Xatırladaq ki, ötən ilin noyabr ayında “Qayıt İş 1” layihəsi çərçivəsində Füzuli şəhərində “Bir ekosistem” daxilində “m10” və “Milliön Telesatış” mərkəzi istifadəyə verilib. Bu layihə üzrə 16 nəfər Füzuli rayon sakini işlə təmin olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031