Hesablama Palatasının auditoru kollektivə təqdim edilib

Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov və Aparat rəhbəri Tamerlan Yusif-zadənin iştirakı ilə Palatanın auditoru vəzifəsinə yenidən təyin olunmuş Hafiz Mahir oğlu İsmayılbəylinin qurumun Naxçıvan Muxtar Respublikasında yerləşən inzibati binasında kollektivə təqdimatı olub.
Azturkxeber.az xəbər verir ki, təqdimat zamanı Nəsir Sadıqov Hafiz İsmayılbəylinin auditor vəzifəsinə yenidən təyin edilməsi məsələsinin Milli Məclisin iclasında müzakirə olunduğunu, müzakirələrdən sonra səsə qoyularaq qəbul edildiyini bildirib.
Sədr müavini Hafiz İsmayılbəylini yenidən auditor vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. O, Naxçıvan Muxtar Respublikası üzrə İdarənin apardığı nəzarət tədbirlərinin Muxtar Respublika üzrə maliyyə idarəetməsinə və maliyyə hesabatlılığına töhfəsindən bəhs edib və gələcək dövr üzrə qurum qarşısında duran əsas vəzifələri diqqətə çatdırıb.
Hafiz İsmayılbəyli göstərilən etimada görə minnətdarlığını bildirib və üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirmək üçün fəaliyyətini bundan sonra da davam etdirəcəyini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: