Azərbaycan nümayəndə heyəti Strasburqda keçirilən iclaslarda iştirak edib



Fransanın Strasburq şəhərində Avropa Şurasının Gənclərlə iş üzrə İdarəetmə Komitəsinin (CDEJ) 78-ci və Gənclərlə iş üzrə Birgə Şuranın 55-ci iclasları keçirilib.
Azturkxeber.az-ın məlumatına görə, iclaslarda Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib.
Görüşlər zamanı üzv dövlətlərdə gənclər siyasətinin həyata keçirilməsi, Avropa Şurasının müvafiq tövsiyələrinin təşviqi, gənclər mərkəzlərinin fəaliyyət keyfiyyətinin qiymətləndirilməsi, gənclər üçün təhlükəsiz məkanların yaradılması və süni intellektin gənclərə təsiri məsələləri müzakirə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: