9 ayda əhaliyə 7,8 milyard manatdan çox sosial ödəniş edilib

Bu ilin yanvar-sentyabr aylarında pensiya, müavinət, təqaüd və ünvanlı yardımlar üzrə ötən ilin eyni dövrü ilə müqayisədə 697 milyon manat çox olmaqla 7 milyard 871 milyon manat vəsait ödənilib.
Azturkxeber.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatla görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhaliyə ödənilən vəsaitin bölgüsü belə olub:
- pensiyalar üzrə - 5 milyard 874 milyon manat,
- müavinətlər üzrə - 1 milyard 83 milyon manat,
- təqaüdlər üzrə - 609 milyon manat,
- ünvanlı dövlət sosial yardımı üzrə - 305 milyon manat.
Ümumilikdə 9 ay ərzində sosial istiqamətdə ödənilən vəsait ötən ilin müvafiq dövrü ilə müqayisədə 697 milyon manat, yəni 10 faiz çox olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: