Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılmışdır

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Bu barədə Azturkxeber.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı saxlanılmışdır.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: