azturkxeber.az
http://azturkxeber.az

Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26-10-2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib.

Azturkxeber.az xəbər verir ki, söhbət zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd olundu, bu xüsusda ölkəmizin BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi ilə əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycanın terrorçuluqla mübarizəyə qlobal səviyyədə verdiyi töhfələr yüksək qiymətləndirildi.

Görüşdə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qlobal səviyyədə aktual mövzuların müzakirəsi üçün yaxşı imkan yaradacağı vurğulandı, bu tədbirin nüfuzunun ilbəil artdığı qeyd edildi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031