İran-İsrail müharibəsi başlasa, Azərbaycan hədəf olacaqmı? – Bakının planı -VİDEO

“Təktərəfli qardaşlıq” kimin qardaşlığı idi? Rəqəmlər, arxivlər və faktlar nə deyir?
Əlibəyli Əziz özünün “Facebook” səhifəsində paylaşdığı yazıda İran-Azərbaycan münasibətlərinin son onilliklərdəki tarixini, Qarabağ məsələsində Tehranın mövqeyini və İran-İsrail qarşıdurmasının Azərbaycan üçün yarada biləcəyi təhlükələri təhlil edib.
Tehranın bəzi dairələri və təbliğatçıları Bakını “İsrail layihəsini icra etməkdə”, “şiəliyə qarşı çıxmaqda” və “qardaşlığa xəyanətdə” ittiham edir. Bəs tarixi faktlar və rəsmi rəqəmlər hansı həqiqəti ortaya qoyur?
Dini kimlik və məscidlər
Qarabağda 30 il ərzində dağıdılan dini abidələr və məscidlər məsələsi də bu müzakirənin mühüm hissəsidir. İşğal dövründə məscidlərin dağıdılması, bəzilərinin isə təyinatından kənar istifadə olunması ilə bağlı faktlar mövcuddur.
Bu fonda sual yaranır: Qarabağdakı dini irsin dağıdılmasına vaxtında ciddi reaksiya verməyən tərəflərin bu gün yüzlərlə məscidi bərpa edən dünyəvi Azərbaycana “din dərsi” keçməsi nə dərəcədə əsaslıdır?
“Qaz və un köməyi” mifi
Naxçıvanın qaz təminatı ilə bağlı “İran Azərbaycana pulsuz qaz verirdi” fikri də mübahisə doğuran məsələlərdəndir.
Naxçıvanın qaz təminatı üzrə həyata keçirilən mexanizmlər kommersiya və tranzit prinsiplərinə əsaslanıb. Azərbaycan tərəfi də öz öhdəliklərini yerinə yetirib. Bu səbəbdən kommersiya müqavilələrini birtərəfli xeyriyyə yardımı kimi təqdim etmək reallığı təhrif edə bilər.
Tarixi yaddaş
1992-ci il Tehran bəyanatının ardınca Şuşanın işğalı, işğal altındakı ərazilərə İran ərazisindən daşınan yüklərlə bağlı iddialar, 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum və 2026-cı ildə Naxçıvan istiqamətində yaranan dron təhlükəsi iki ölkə arasındakı münasibətlərin mürəkkəb tarixinin ayrı-ayrı epizodlarıdır.
Bütün bunlara baxmayaraq, Azərbaycan ərazisini heç vaxt İrana qarşı plasdarma çevirməyib, dialoq qapısını bağlamayıb və müxtəlif böhranlar zamanı diplomatik masa arxasında qalmağa çalışıb.
“Təktərəfli qardaşlıq” necə işləyib?
Əslində “təktərəfli qardaşlıq” necə işləyib?
Kim kimin arxasından iş görüb, kim hansı məqamda hansı mövqeni tutub, kim bütün təxribatlara rəğmən qonşuluq prinsiplərinə sadiq qalıb?
Bu sualların cavabını emosional bəyanatlarda deyil, xronoloji sənədlərdə, arxiv materiallarında, rəsmi rəqəmlərdə və konkret faktlarda axtarmaq lazımdır.
İran-İsrail qarşıdurmasının genişlənməsi ehtimalı fonunda Azərbaycanın əsas prioriteti isə öz ərazisinin hər hansı dövlətə qarşı hərbi məqsədlərlə istifadəsinə imkan verməmək, milli təhlükəsizliyini qorumaq və regional sabitliyi mümkün qədər saxlamaqdır.
Bütün sualların faktlarla, xronoloji sənədlərlə və arxiv materialları ilə cavabı geniş təhlilimizdə.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: