azturkxeber.az
http://azturkxeber.az

Mədəniyyət Nazirliyində BMT-nin Sivilizasiyalar Alyansının rəhbərliyi ilə görüş keçirilib

26-10-2026

Oktyabrın 25-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Anxel Moratinos və qurumun direktoru xanım Nihal Saad ilə görüşüb.

Azturkxeber.az xəbər verir ki, qonaqları salamlayan nazir oktyabrın 27–29-da Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” kimi aktual mövzuya həsr olunduğunu bildirib. Qeyd edib ki, builki Forum qlobal platformanın 2011-ci ildə keçirilmiş ilk toplantısının 15 illiyinə təsadüf etməsi ilə də əlamətdardır.

Adil Kərimli Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq miqyasda dialoq məkanı kimi tanındığını və ölkəmizin bu prosesə hər zaman sadiq qaldığını diqqətə çatdırıb.

Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos və qurumun direktoru Nihal Saad görüşə görə təşəkkür ediblər. Qonaqlar Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən mədəniyyətlərarası dialoq platforması olan “Bakı Prosesi”nin əhəmiyyətinin ildən-ilə artdığını bildiriblər. Ali nümayəndə qurumun Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib.

Görüşdə beynəlxalq düzənin bərpasında mədəniyyət diplomatiyasının rolu qeyd olunub və bu sahədə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031