azturkxeber.az
http://azturkxeber.az

Polis Akademiyasının kursantları Hüquq və İnsan Haqları İnstitutunun fəaliyyəti və rəqəmsal təşəbbüsləri ilə tanış olublar

24-10-2026



Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kursantları üçün təqdimat keçirilib. Təqdimat zamanı kursantlara İnstitutun fəaliyyət istiqamətləri, hüquqi maarifləndirmə təşəbbüsləri, elmi nəşrləri və hüquqi biliklərə çıxışı asanlaşdıran rəqəmsal resursları barədə ətraflı məlumat verilib.

Azturkxeber.az xəbər verir ki, təqdimatın əsas məqsədi kursantların hüquqi biliklərinin inkişafına dəstək göstərmək, onları insan hüquqları sahəsində müasir informasiya resursları ilə tanış etmək və hüquqi məlumatlara çıxış imkanları barədə məlumatlandırmaq olub. İnstitutun hüquq tədqiqatçısı Araz Abdullasoy və Mətbuatla iş üzrə baş mütəxəssis Leyla Məmmədova çıxış edərək qurumun həyata keçirdiyi layihələr, insan hüquqları sahəsində informasiya resursları və onların praktiki əhəmiyyəti haqqında danışıblar.

Görüş çərçivəsində kursantlar Hüquq və insan haqları üzrə virtual kitabxana, Rəqəmsal insan hüquqları resurs xəritəsi, E-lüğət və Praktikaya aid siqnallar sorğusu (PASS) platforması ilə tanış olublar. Bu resursların hüquqi məlumatların əldə edilməsi, insan hüquqları üzrə informasiyaların sistemləşdirilməsi və hüquqşünasların gündəlik fəaliyyətində praktik imkanlardan yararlanması baxımından əhəmiyyəti vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031