Türkiyə Mərkəzi Bankının nümayəndə heyəti Azərbaycanda səfərdə olub


Türkiyə Respublikası Mərkəzi Bankının (TRMB) nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə Azərbaycan Mərkəzi Bankında işgüzar səfərdə olub.
Azturkxeber.az xəbər verir ki, səfər çərçivəsində keçirilən görüşlərdə filial infrastrukturunun təşkili, nağd pul dövriyyəsinin idarə olunması və xəzinə əməliyyatları üzrə ölkə təcrübələri ətrafında müzakirələr aparılıb.
Bundan əlavə, nümayəndə heyətinin nağd pulun saxlanılması, emalı və logistikası sahəsində tətbiq olunan proseslərlə əyani tanış olması üçün Mərkəzi Bankın Yevlax Ehtiyat Mərkəzinə səfəri təşkil olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: