Rövşən Rzayev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaş qəbulu davam edir.
Azturkxeber.az-ın məlumatına görə, qəbul cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev 26 oktyabr tarixində Laçın rayonunda vətəndaşların qəbulunu keçirəcək.
Qəbulda Laçın rayonundan olan vətəndaşların müraciətləri dinləniləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: