Gələcəyin kursantları ilə görüşlər davam etdirilir




Daxili İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Şamaxı, İsmayıllı, Qəbələ, eləcə də Qobustan rayonlarında yerləşən orta məktəblərin IX–XI sinif şagirdləri ilə görüşlər keçirilib.
Azturkxeber.az xəbər verir ki, tədbirlərdə iştirakçılara Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Daxili Qoşunların Hərbi İnstitutunda təhsil imkanları, tədris prosesləri və daxili işlər orqanlarında xidmətin üstünlükləri haqqında ətraflı məlumat verilib.
Həmçinin məktəblilərə təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş etdirilib və məlumatlandırıcı bukletlər təqdim olunub.
Görüşlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: