azturkxeber.az
http://azturkxeber.az

Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib

27-10-2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin daha 2 ixtisaslaşmış Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb.

Bu barədə Azturkxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Hacıqabul və Göyçay rayonlarında yerləşən Mərkəzlərdə ixtisaslı mütəxəssislər tərəfindən çətin həyat şəraitində olan şəxslərə reabilitasiya xidmətləri göstəriləcək.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara psixoloji, pedaqoji, loqopedik və aktiv terapiya xidmətləri təşkil ediləcək. Benefisiarların valideynləri isə valideyn bacarıqlarının artırılması istiqamətində müvafiq təlimlərə cəlb olunacaqlar.

Yeni açılan mərkəzlər də daxil olmaqla, Agentliyin ölkə üzrə artıq 7 Sosial Xidmət Mərkəzi (Abşeron, Sabunçu, Nərimanov, Yasamal, Ağdam, Hacıqabul, Göyçay) və bir Sosial Xidmət Kabineti (Sumqayıt şəhəri) fəaliyyət göstərir. Bu mərkəzlərdə hazırda 300-ə yaxın şəxs dövlət qayğısı ilə əhatə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031