azturkxeber.az
http://azturkxeber.az

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə “mygov” platforması üzərindən vətəndaşların birbaşa müraciət imkanı təmin edilib

27-10-2026

Muxtar respublika sakinləri qarşılaşdıqları problemlər, onları narahat edən sosial-iqtisadi məsələlər, eləcə də təklif və şikayətləri ilə bağlı “mygov” platforması vasitəsilə də səlahiyyətli nümayəndəliyə birbaşa müraciət edə bilərlər.

Bu imkan vətəndaşların gündəlik həyatına təsir edən məsələlərin daha operativ çatdırılmasına, müraciətlərin aidiyyəti üzrə yönləndirilməsinə və onlara çevik baxılmasına şərait yaradır. Səlahiyyətli nümayəndəliyin və muxtar respublikanın aidiyyəti icra qurumlarının səlahiyyətlərinə aid məsələlər üzrə müraciətlərin icra vəziyyətinin izlənilməsi də portal vasitəsilə mümkün olur.

Əsas məqsəd vətəndaşların problemlərinin qısa müddətdə həllinə nail olmaq, müraciət imkanlarını genişləndirmək və vətəndaşlarla dövlət qurumları arasında birbaşa əlaqəni gücləndirməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031