azturkxeber.az
http://azturkxeber.az

Ədalət Verdiyev: Ərdoğanın müşavirinin işdən çıxarılması ümid yaradır, amma yetərli deyil

27-10-2026

Hərbi ekspert Ədalət Verdiyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın vəzifədən azad edilməsindən sonra verdiyi açıqlamaya münasibət bildirib.

Azturkxeber.az xəbər verir ki, ekspert bu barədə özünün Facebook hesabında paylaşım edib.

O qeyd edib ki,Oktay Saralın qardaşlığımıza dinamit qoymaq istəyənlərə imkan verməyəcəyik" açıqlaması xüsusilə diqqəti cəlb edir:

Bu, gecikən açıqlama olsa da, Türkiyədə Azərbaycana qarşı informasiya hücumlarına bundan sonra son veriləcəyinə ümid yaradır.

Ə.Verdiyev bildirib ki, Azərbaycanın Türkiyədə "arzuolunmaz şəxs" elan etdiyi 31 nəfərdən biri - "Köklü Dəyişim" (Köklü Değişim) hərəkatının İstanbul təmsilçisi Məhəmməd Emin Yıldırımın saxlanılması, digəri - səfirliyimizin qarşısındakı aksiyada iştirak edən Fateh Ərşahinin ifadəsi alınması üçün polisə çağırılması münasibətlərin bərpası istiqamətində atılan müsbət addımdır:

Amma nə bu addım, nə də Saralın vəzifədən atılması yetərli deyil. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən axtarışa verilən və Türkiyədə yaşayan şəxslərin Azərbaycana verilməsini səbirsizliklə gözləyirik.

Din pərdəsi altında Azərbaycana qarşı siyasi fəaliyyət göstərən, Türkiyə ilə qardaş münasibətləri korlayan mütəşəkkil qruplaşma tam tərkibdə aşkar edilməli, qruplaşmanın hər bir üzvü olan din tacirləri əməllərinə görə cavab verməlidir.

Ədalət Verdiyev

Hərbi ekspert






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031