azturkxeber.az
http://azturkxeber.az

ADY-dən sərnişinlərə çağırış: Qatarda əşya unudularsa, nə etməli?

29-10-2026

Yanvarın 1-dən oktyabrın 15-dək qatarlarımızda 800-dən çox əşya unudulub. Bu, orta hesabla ayda 80-90 əşya deməkdir.

Bu barədə Azturkxeber.az-a ADY-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sərnişinlərimizin ən çox unutduğu əşyalar geyim və aksessuarlar, çantalar, telefon və adapterlər, sənədlər, bank kartları və yemək qablarıdır. Ən çox əşya Bakı-Sumqayıt, Bakı-Tbilisi və Bakı-Gəncə marşrutlarında unudulur.

Unudulan əşyaların 250-yə yaxını (təxminən 30%-i) əməkdaşlarımız tərəfindən sahiblərinə təhvil verilib. Qalanları isə hələ də sahiblərini gözləyir.

Sərnişinlərimizə qatardan düşərkən diqqətli olmağı və əşyalarını götürməyi unutmamağı tövsiyə edirik. Qatarda, yaxud vağzal ərazisində əşyalarını unudan sərnişinlər vağzal növbətçisinə və ya 1822 Əlaqə Mərkəzinə müraciət edə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031