azturkxeber.az
http://azturkxeber.az

Köç karvanları Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə çatıb

15-09-2026

Sentyabrın 15-də doğma yurduna yola salınan köç karvanları Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə çatıb.

Azturkxeber.az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərində 135 nəfərdən ibarət 33 ailəyə, Qırmızı Bazar qəsəbəsində 44 nəfərdən ibarət 9 ailəyə, Quzeyxırman kəndində isə 41 nəfərdən ibarət 8 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930